Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Avstriyanın yeni təyin olunmuş səfirini qəbul edib

    Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul edib.

    “Report” xəbər verir ki, tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

    İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

    Səfir Bernd Aleksandr Bayerl etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

    Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

    Bundan əvvəl Elmar Məmmədyarov Argentinanın XİN başçısını Azərbaycana səfərə dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi