Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb Bakı. 7 dekabr. REPORT.AZ/ Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən Nazir Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.
Xarici siyasət
7 Dekabr , 2018 12:41
Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Bakı. 7 dekabr. REPORT.AZ/ Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən Nazir Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər əsas danışıq mövzusu olub. ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.

Tərəflər arasında, həmçinin yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda media və ifadə azadlığı üzrə inkişafa toxunan nazir Elmar Məmmədyarov ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi