​Elman Abdullayev Efiopiyanın təhsil naziri ilə görüşüb- FOTO

​Elman Abdullayev Efiopiyanın təhsil naziri ilə görüşüb- FOTO Nazir Şifera Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb
Xarici siyasət
20 Aprel , 2015 10:13
​Elman Abdullayev Efiopiyanın təhsil naziri ilə görüşüb- FOTO

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev bu ölkənin təhsil naziri Şifera Şiquti ilə görüşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Azərbaycanla Efiopiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Eyni zamanda, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi vacibliyi qeyd edilib.

Görüşdə səfir Elman Abdullayev Azərbaycanın təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldığını qeyd edib. Azərbaycanla Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın möhkəm təməlinin olduğu və hələ SSRİ dönəmindən bir çox Afrika ölkələrindən, o cümlədən Efiopiyadan çox sayda tələbələrin Azərbaycan universitetlərindən məzun olduqları qeyd edilib.

Bununla yanaşı, səfir Azərbaycan Respublikası hökuməti tərəfindən göstərilən dəstək nəticəsində azərbaycanlı tələbələr üçün xaricdə təhsil proqramının həyata keçirilməsi barədə məlumat verib.

Efiopiyanın təhsil naziri Şifera Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi