Əli Əhmədov: "Ermənistanda daxili qarşıdurma uzun müddət davam edəcək"

Əli Əhmədov: "Ermənistanda daxili qarşıdurma uzun müddət davam edəcək" "Ermənistan təcavüzkar siyasətini davam etdirdikcə erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq"
Xarici siyasət
7 May , 2018 14:17
Əli Əhmədov: Ermənistanda daxili qarşıdurma uzun müddət davam edəcək
Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov / Report

Bakı. 7 may. REPORT.AZ/ "Ermənistanda tənəzzül qarşıdurmalara gətirib çıxarıb və gərginliklər davam edəcək".

"Report" xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman bu ölkə qarşısında işıqlı yol olmayacaq: "Bu çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasətini davam etdirəcək, erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq".

Ə.Əhmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək.

Son xəbərlər

Orphus sistemi