Əfqanıstan prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub

Əfqanıstan prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub Əşrəf Qəninin "Asiyanın ürəyi - İstanbul prosesi" çərçivəsində keçiriləcək VII Nazirlər Şurasında iştirak etmək üçün Bakıya gələcəyi planlaşdırılır
Xarici siyasət
6 Noyabr , 2017 15:14
Əfqanıstan prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri dekabrın 1-nə planlaşdırılır.

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

Əfqanıstan prezidentinin "Asiyanın qəlbi - İstanbul prosesi" çərçivəsində 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək VII Nazirlər Şurasında iştirak etmək üçün Azərbaycana gələcəyi planlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycan bu prosesə sədrlik edir. Qarşıdakı görüşün mövzusu "Asiyanın qəlbi" prosesi regionunun gücləndirilməsi istiqamətində təhlükəsizlik və iqtisadi əlaqələrdir.

Son xəbərlər

Orphus sistemi