Efiopiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Efiopiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən paytaxt Əddis-Əbəbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan rəsmi ziyafət təşkil edilib.
Xarici siyasət
25 May , 2018 12:18
Efiopiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən paytaxt Əddis-Əbəbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan rəsmi ziyafət təşkil edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, rəsmi ziyafətdə Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən sabiq baş nazirin müşaviri Fasil Nahom, Afrika İttifaqı Komissiyasının rəsmiləri, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatlar, ölkənin aparıcı media nümayəndələri, digər beynəlxalq təşkilatların təmsilçiləri, yerli iş adamları və Azərbaycaın ali təhsil müəssisələrini bitirən efiopiyalı məzunlar iştirak ediblər.

Ziyafət iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilən foto materiallardan ibarət sərgi ilə tanış olublar. Xalq Cümhuriyyətinin təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini və digər tarixi fotoşəkillərini əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir E.Abdullayev dünyanın hər yerində azərbaycanlıların mayın 28-ni Respublika Günü kimi qeyd etdiklərini bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququnun dünyanın bir çox dövlətlərdən öncə verildiyini və müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Həmçinin səfir E.Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, bir çox uğurlara imza atdığını ziyafət iştirakçıların diqqətinə çatdırıb. Səfir E.Abdullayev çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini qeyd edərək, Azərbaycanın 20% torpaqlarını hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərini yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini qeyd edib. 

E.Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu və müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında məlumat verib. 

Ziyafət zamanı çıxış edən Efiopiyanın sabiq baş nazirinin müşaviri Fasil Nahom bu gün Azərbaycan ilə Efiopiya arasında münasibətlərin sürətli şəkildə inkişaf etdiyini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr ediən ziyafət ölkəmizdən gələn sənətçilərin ifasında musiqi proqramı ilə davam edib. 

Tədbir çərçivəsində ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir zamanı Azərbaycanın milli mətbəxinin təamları ziyafət iştirakçılarına təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi