Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır

Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır Bu gün Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində dalbadal dördüncü dəfə Xəzər regionunun potensialını tanıtmaq, buraya sərmayə cəlb etmək məqsədilə təşkil edilən Caspian Week forumu da keçiriləcək.
Xarici siyasət
20 Yanvar , 2020 16:31
Dünya İqtisadi Forumu çərçivəsində Caspian Week forumu başlayır

Bu gün Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində dalbadal dördüncü dəfə Xəzər regionunun potensialını tanıtmaq, buraya sərmayə cəlb etmək məqsədilə təşkil edilən "Caspian Week" forumu da keçiriləcək.

“Report” xəbər verir ki, "Caspian Week" forumunu hər il keçirmək fikri Dünya İqtisadi Forumunun üzvü olan İsveçrənin “İntegral Petroleum SA” şirkəti tərəfindən 2017-ci ildə irəli sürülüb. Həmin vaxtdan forum hər il uğurla həyata keçirilir.

"Caspian Week" forumunun başlıca məqsədi Böyük Xəzər Regionu (Xəzər və Qara dəniz hövzələrinin ölkələri) ilə Avropa arasında iqtisadi, mədəni, təhsil, elmi əlaqələri genişləndirmək, habelə adı çəkilən regiona sərmayələri, rəqəmsal və s. yeni texnologiyaları cəlb etməkdən ibarətdir. Builki forumda Gürcüstanın baş naziri Giorgi Qaxaria, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, İsveçrə parlamentinin keçmiş prezidenti Felipe Lombardi, Əfqanıstanın iqtisadiyyat naziri Mustafa Məstur, Rusiyanın Almaniyadakı keçmiş səfiri Vladimir Kotenev, A+A şirkətlər qrupu prezidentinin Qazaxıstan üzrə müşaviri Andreas Baumqartner, “Fiat” şirkətinin keçmiş prezidenti Baber Badat kimi nüfuzlu şəxslər nitq söyləyəcəklər.

Yanvarın 21-də forum çərçivəsində keçiriləcək “Qlobal dəyişikliklər fonunda Xəzər nəqliyyat dəhlizi” adlı sessiyada ekspertlər regionun inkişafının perspektivləri barədə fikirlərini bölüşəcəklər. Sessiyada keçmiş səfir Metyu Brayza “Trans-Xəzər dəhlizi: sabitsizlik dövründə strateji etibar” mövzusunda məruzə edəcək. Həmin gün ekspertlərin iştirakı ilə “Trans Xəzər qaz kəmərinin perspektivləri” adlı dəyirmi masa da keçiriləcək.

Yanvarın 22-si saat 10:30-da “Qlobal bazarlara çıxış: Xəzər regionu üçün yeni tranzit imkanları” adlı sessiya keçiriləcək, saat 19:30-da isə forumda Gürcüstan baş naziri Giorgi Qaxaria nitq söyləyəcək.

Son xəbərlər

Orphus sistemi