Viktor Vodolatski: "Rusiya və Azərbaycanın 15 şəhəri beynəlxalq bələdiyyə əməkdaşlığı haqqında saziş imzalamağa hazırdır"

Viktor Vodolatski: "Rusiya və Azərbaycanın 15 şəhəri beynəlxalq bələdiyyə əməkdaşlığı haqqında saziş imzalamağa hazırdır" Komitəmizin Azərbaycan Milli Məclisinə gəlişi hər zaman dostların görüşüdür. Çox isti qarşılıqlı münasibətlərimiz var.
Xarici siyasət
23 Sentyabr , 2019 15:45
Viktor Vodolatski: Rusiya və Azərbaycanın 15 şəhəri beynəlxalq bələdiyyə əməkdaşlığı haqqında saziş imzalamağa hazırdır

"Komitəmizin Azərbaycan Milli Məclisinə gəlişi hər zaman dostların görüşüdür. Çox isti qarşılıqlı münasibətlərimiz var".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.

Siyasətçi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmişə Komitə nümayəndələrini çox isti qarşılayır və yeni birgə layihələrin həyata keçirilməsini dəstəkləyir.

Komitə sədrinin müavininin sözlərinə görə, ölkələrimiz arasında yeni müqavilənin imzalanması Rusiya və Azərbaycan xalqlarını daha da yaxınlaşdıracaq və yeni nəslə bir-birimizin mədəniyyəti, tarixi və adət-ənənələri haqqında daha çox şey öyrənməyə yardım edəcək: “Bu gün artıq Rusiya və Azərbaycanın 15 şəhəri beynəlxalq bələdiyyə əməkdaşlığı haqqında saziş imzalamağa hazırdır. Bu, nə deməkdir? Bu, yalnız dostların Şəhər Gününə gəlişi deyil. Bu, məktəblər, idman komandaları, yaradıcı kollektivlər arasında daha dərin əlaqə deməkdir. Bir-birimizi daha yaxından tanıdıqda paralel olaraq Rusiya və Azərbaycanda yaşayan xalqların mədəniyyəti, adət-ənənələri barədə öyrənirik. Bu, protokol tədbirlərindən daha effektivdir".

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi