Dövlət Dumasının komitə sədri: "Rusiya ilə Azərbaycan dünya birliyinə nümunə yaradır"

Dövlət Dumasının komitə sədri: "Rusiya ilə Azərbaycan dünya birliyinə nümunə yaradır" “Azərbaycan iqtisadiyyatı postsovet məkanında da, ondan kənarda da ən inkişaf edənlərdəndir”.
Xarici siyasət
23 Dekabr , 2019 13:59
Dövlət Dumasının komitə sədri: Rusiya ilə Azərbaycan dünya birliyinə nümunə yaradır

“Azərbaycan iqtisadiyyatı postsovet məkanında da, ondan kənarda da ən inkişaf edənlərdəndir”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutskiy deyib.

O, 2019-cu ildə Rusiya - Azərbaycan münasibətlərinin istər parlamentlər, istərsə də bir sıra ixtisaslı idarələr səviyyəsində irəli getdiyini söyləyib: “Bu təmaslar heç vaxt bu qədər fəal olmamışdı. Az qala hər gün Azərbaycandan parlamenti, nazirlikləri, vətəndaş cəmiyyətini və s. təmsil edən hansısa nümayəndə heyəti qonağımız olurdu. Eyni sözü Rusiyanın da nümayəndə heyətləri barədə söyləmək olar”.

Onun fikrincə, bu gün Rusiya ilə Azərbaycan tarix, mədəniyyət, dil və digər sahələrdə bir-biri ilə sıx tellərlə bağlı olduğu üçün mehriban qonşuluq münasibətlərinə məhkum edilmiş iki ölkə olaraq həm postsovet məkanı ölkələrinə, həm də dünya birliyinə tarazlı və səmərəli əməkdaşlıq nümunəsini göstərir: "Azərbaycan rəhbərliyinə rus dilindəki təhsil üçün, Rusiya ali məktəblərinin Bakı filialları üçün minnətdarlığımı bildirmək istərdim. Azərbaycanı qəlblərində daşıyan rusiyalılar üçün 2019-cu ildə münasibətlərimizin irəliləyişi son dərəcə mühümdür və bu münasibətlə hamımızı təbrik etmək istəyirəm”.

Rusiyalı parlament üzvü bu ay Azərbaycan ilə Rusiya prezidentlərinin Sankt-Peterburq görüşünün mühüm əhəmiyyətini də dilə gətirib: “Belə görüşlərin gələcəkdə daha çox keçiriləcəyinə ümidvaram. Məncə, onlar həm ikitərəfli, həm də beynəlxalq gündəmə dair məsələlərin böyük əksəriyyətinə dair yekdil mövqeyi olan iki yaxın insan kimi söhbət ediblər”.

Son xəbərlər

Orphus sistemi