"Moskva və Bakı arasındakı münasibətləri pozmaq, bununla da həm də
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev teleaparıcı Vladimir Solovyovun fikirlərini şərh edərkən deyib.
Xatırladaq ki, dünən teleaparıcı V.Solovyev öz proqramının efirində Ermənistanın Dağlıq Qarabağı işğal etməsini erməni xalqının qəhrəmanlığı kimi qələmə verib.
D.Savelyev qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bütün bu illər ərzində beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib: "Ölkələrimiz arasında güclü və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurulub. Moskva Bakını Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı, bu regionun siyasi iqlimini müəyyənləşdirən subyekt hesab edir. Azərbaycan ildən-ilə qlobal siyasi arenada öz mövqeyini möhkəmləndirir: Prezident
O eyni zamanda vurğulayıb ki, respublikanın inkişafının müsbət kursuna, eləcə də Rusiya və Azərbaycan arasında qarşılıqlı hörmətə söykənən mehriban qonşuluq əlaqələrinin olmasına baxmayaraq, ara-sıra KİV-də işğal olunmuş ərazilərdə yaradılan və heç kimin tanımadığı separatçı rejimə müsbət imic qazandırmaq cəhdləri ilə bağlı hücumlar olur.
"Lakin belə bəyanatların ölkələrimiz arasındakı münasibətləri pozmaq və Qarabağ məsələsinin həllini çətinləşdirmək cəhdindən başqa bir şey olmadığını bilmək lazımdır. Belə cəhdlər indi də uğursuzdur, gələcəkdə də uğursuz olacaq", - D.Savelyev qeyd edib.