Yuxarı

Dmitri Peskov MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən danışıb

Dmitri Peskov MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən danışıb
Qeyri-rəsmi sammit 2017-ci ildə Rusiyanın təşkilata sədrliyinin nəticələrinə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır

Bakı. 26 dekabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti 2017-ci ildə Rusiyanın təşkilata sədrliyinin nəticələrinə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"MDB və Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya prosesləri Rusiyanın xarici iqtisadi siyasətinin prioritetlərindən biri olaraq qalır. Bu barədə prezident də dəfələrlə deyib. Bundan başqa, Rusiya, əlbəttə, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyində sədrliyini başa vurur. Bu dövrdə baş verənlər barəsində fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olacaq. Qeyri-rəsmi görüşdən sonra dövlət başçıları qeyri-rəsmi şəraitdə ünsiyyətlərini davam etdirəcək", - D.Peskov deyib.

Qeyd edək ki, bu gün Moskvada keçiriləcək qeyri-rəsmi sammitdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarqsyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Tacikistan prezidenti Emoməli Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

2018-ci ildə MDB-nin sədri Tacikistan olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi