Yuxarı
    Bağlamaq

    Diplomat: "Belarus turizm sahəsində Azərbaycandan çox şey öyrənə bilər"

    © Report/ Orkhan Azim

    Bakı. 28 dekabr. REPORT.AZ/ "Belarus turizm baxımından Azərbaycandan çox şey öyrənə bilər".

    "Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.

    "Azərbaycana gələn turistlərin sayının necə çox olduğunu görürük. Bu təcrübəni nəzərdən keçiririk və ölkəmizin maraqları naminə onu həyata keçirməyə çalışacağıq", - səfir bildirib.

    Elmi sahədə əməkdaşlıq məsələsinə toxunan səfir vurğulayıb ki, iki ölkə arasında 2017-2018-ci illər üçün elmi əməkdaşlıq proqramı imzalanıb.

    "Artıq onlarla layihə seçimdən keçib, iki ölkənin elmi qurumları arasında qarşılıqlı fəaliyyət təşkil ediləcək. İki ölkənin dəstəyi ilə fundamental tətbiqi tədqiqatlar həyata keçiriləcək. Hesab edirəm ki, lazımi nəticə əldə olunacaq və bu, iki ölkənin iqtisadiyyatının inkişafına töhfə verəcək", - Q.Axamoviç qeyd edib.

    İdman sahəsində əməkdaşlıq barədə danışan səfir xatırladıb ki, 2019-cu ildə Belarusda ikinci Avropa Oyunları keçiriləcək: "Bu oyunlar ilk dəfə Azərbaycanda keçirilib. Azərbaycanın təcrübəsi əvəzolunmazdır. Yarışların qonaqpərvərlik ab-havasında, rahat şəkildə keçirilməsi üçün Azərbaycanın təcrübəsini Belarusda tətbiq etməyə çalışacağıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi