Yuxarı

Diplomat: "Azərbaycan bu ilin sonuna qədər Kosta-Rikada səfirlik açmağı planlaşdırır"

Diplomat: "Azərbaycan bu ilin sonuna qədər Kosta-Rikada səfirlik açmağı planlaşdırır"

XİN başçısı Elmar Məmmədyarovun iyun ayında Kosta-Rikaya səfər zamanı bu məsələ onun həmkarı ilə müzakirə olunub
© Report.az

Bakı. 16 avqust. REPORT.AZ/ "Azərbaycan bu ilin sonuna qədər Kosta-Rikada səfirlik açmağı planlaşdırır".

Bunu "Report"a müsahibəsində Kosta-Rikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xayro Fransisko Lopes Bolanyos deyib.

Onun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin iyun ayında Kosta-Rikaya səfəri zamanı bu məsələ onun kosta-rikalı həmkarı Manuel Qonsalea Sans ilə müzakirə olunub.

"Biz ilk addımı atdıq və Bakıda səfirlik açdıq. İlin sonuna qədər San Xosedə Azərbaycan səfirliyinin açılacağına ümid edirik. Bu məsələ üzərində işləyirik", - diplomat bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi