Devid MakAlister: “Azərbaycan Avropa üçün olduqca dəyərli tərəfdaş, maraq kəsb edən ölkədir”

Devid MakAlister: “Azərbaycan Avropa üçün olduqca dəyərli tərəfdaş, maraq kəsb edən ölkədir” “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir”
Xarici siyasət
22 May , 2017 14:09
Devid MakAlister: “Azərbaycan Avropa üçün olduqca dəyərli tərəfdaş, maraq kəsb edən ölkədir”

Bakı. 22 may. REPORT.AZ/ “Azərbaycan Avropa üçün olduqca dəyərli tərəfdaş, maraq kəsb edən ölkədir”.

“Report”un xəbərinə görə, bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Avropa Parlamenti Azərbaycanın üzləşdiyi problemlə bağlı dərin narahatlıq keçirir: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir və əməkdaşlıqda buna yüksək qiyməti verir.

Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanın oynadığı rolu yüksək qiymətləndiririk. Hesab edirik ki, Azərbaycan Avropa ilə islam dünyası arasında körpü rolunu oynaya bilər. Biz buna ümid edirik”.

Son xəbərlər

Orphus sistemi