Deputat: "Avstraliya seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənə bilər"

Deputat: "Avstraliya seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənə bilər" Kreyq Kelli: "Biz demokratiyanı labüdlük kimi qəbul etdik"
Xarici siyasət
5 Dekabr , 2016 10:34
Deputat: Avstraliya seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənə bilər

Bakı. 5 dekabr. REPORT.AZ/ Avstraliya parlamentinin Liberal Partiyadan olan deputatları Kreyq Kelli və Kris Bek hesab edirlər ki, Avstraliya seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənə bilər.

"Report" xəbər verir ki, bu barədə onlar "Australian" qəzetində bildiriblər.

Onlar vurğulayıblar ki, Azərbaycanda səsvermə zamanı şəxsiyyət vəsiqəsi tələb olunur, seçicinin barmağına isə onun iki dəfə səs verməməsi üçün xüsusi mürəkkəb çəkilir. 

"Biz demokratiyanı labüdlük kimi qəbul etdik. Bizdə şəxsiyyət vəsiqəsinin təqdim edilmə tələbinin nə səbəbdən olmadığını bilmirəm. Seçki sistemimizin tamlığı yüksək səviyyədə olmalıdır", - K.Kelli qeyd edib. 

Son xəbərlər

Orphus sistemi