Yuxarı
    Bağlamaq

    Departament rəhbəri: "Azərbaycan Avropa Şurasının hüquqi sistemdə islahatlar üzrə layihələrində fəal iştirak edir"

    Mixail Lobov: Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür© Report/ Firi Salim

    Bakı. 14 fevral. REPORT.AZ/ "Azərbaycan hüquqi sistemin islahatlarına dair Avropa Şurasının layihələrində fəal iştirak edən tamhüquqlu üzvdür".

    "Report" xəbər verir ki, bunu Avropa Şurasının Siyasət və insan hüquqlarının inkişafı departamentinin rəhbəri Mixail Lobov Bakıda “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı yeni layihənin təqdimat mərasimində deyib.

    Onun sözlərinə görə, yeni layihə Avropa Şurası və Azərbaycan arasında birgə əməkdaşlığın rəmzidir.

    M.Lobov Azərbaycanla birgə layihələrin əsasən ədliyyə sahəsində müxtəlif treninqlərin keçirilməsinə yönəldildiyini və bunun axşı nəticələr verdiyini vurğulayıb. O, bu təlimlərdə bir çox məsələlər üzrə yüzlərlə hakimin və ya hakim olmağa namizəd olanların hazırlandığını deyib.

    Öz növbəsində, Azərbaycan Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov ötən illərdə respublikamızda ədliyyə mühitinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər aparıldığını bildirib. O cümlədən o, hakimlərin işinin şəffaflığının yaxşılaşdırıldığını, ədliyyə sahəsində çalışan işçilərin peşəkarlığının yüksəldildiyini, Hüquqi Şuranın yaradıldığını qeyd edib.

    Onun sözlərinə görə, Azərbaycan üçün hüquqi presedent sahəsində Avropa təcrübəsi son dərəcə dəyərlidir.

    ABŞ səfirliyinin siyasət bölməsinin rəis müavini Uilyam Solley qeyd edib ki, ABŞ-ın 25 il ərzində Azərbaycanın müstəqilliyini və inkişafını dəstəkləyib.

    "Dövlət qurumları və ölkənin ayrı-ayrı vətəndaşları müxtəlif proqramlar çərçivəsində ABŞ ilə əməkdaşlıqdan faydalanıblar", - deyə U.Solley bildirib.

    Onun sözlərinə görə, bütün bu müddətdə Azərbaycanda ABŞ-ın müxtəlif proqramları çərçivəsində təxminən 1,3 milyard dollar ayrılıb.

    "Prezident Donald Trampın milli strategiyasına əsasən, ABŞ onun məqsəd və maraqlarını bölüşən ölkələrlə əlaqələrin inkişafını təşviq edir. Azərbaycan da belə tərəfdaşlardan biridir", - ABŞ səfirliyinin nümayəndəsi bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi