Çili Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib

Çili Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib Bakı. 17 dekabr. REPORT.AZ/ Çili Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib.
Xarici siyasət
17 Dekabr , 2018 17:10
Çili Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Çili Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nazirliyin Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb. 

P.Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi