Çeçenistan Respublikası hökumətinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Çeçenistan Respublikası hökumətinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Xarici siyasət
24 Dekabr , 2017 13:01
Çeçenistan Respublikası hökumətinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş uzaqgörən siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi tanıyırıq.

Əminəm ki, Sizin səyləriniz sayənizdə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlətçilik təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcək. Xalqın daimi dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyiniz bundan sonra da Sizin dövləti fəaliyyətinizdə uğurlara şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim.

Son xəbərlər

Orphus sistemi