GUAM-ın baş katibi: "Münaqişələrin tənzimlənməsi – bütün üzv ölkələri üçün ən vacib məsələdir"

GUAM-ın baş katibi: "Münaqişələrin tənzimlənməsi – bütün üzv ölkələri üçün ən vacib məsələdir" "Təəssüf ki, biz hamımız bu hal ilə qarşılaşmışıq"
Xarici siyasət
24 Dekabr , 2014 10:46
GUAM-ın baş katibi: Münaqişələrin tənzimlənməsi – bütün üzv ölkələri üçün ən vacib məsələdir

Bakı. 24 dekabr. REPORT.AZ/ GUAM bu qurumun üzv ölkələrinin ərazi bütövlüyünün tanınması üçün dünya ölkələrinin dəstəyini qazanmağa çalışır.

Bu barədə “Report”a müsahibəsində GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

"Münaqişələrin həlli – təşkilatın bütün üzv ölkələri üçün ən vacıb məsələdir, çünki biz hamımız bu hal ilə qarşılaşmışıq. Deyə bilərəm ki, hazırda BMT-nin Baş Assambleyasında “GUAM məkanında uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafı üçün nəticələri” adlı qətnamə layihəsinin qəbul olunması ilə bağlı işlər davam etdirilir", - deyə V.Çeçelaşvili bəyan edib.

O qeyd edib ki, GUAM təşkilatına üzv ölkələr, 23 may 2006-cı il tarixində qəbul etdikləri “GUAM məkanında münaqişələrin həlli məsələsi” adlı sənəddə əks olunduğu kimi, öz fəaliyyətlərini demokratiya və iqtisadi inkişafa  nail olma istiqamətində qurur.

Baş katib xüsusi olaraq onu da vurğulayıb ki, GUAM Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcək.

GUAM təşkilatına üzv olan dövlətlər Ukraynanın suverenliyi və onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüynün dəstəklənməsi məsələsində dəyişməz və prinsipial mövqe tutduqlarını və gələcəkdə də bu mövqedə qalacaqlarını dəfələrlə bəyan ediblər", - V.Çeçelaşvili qeyd edib.

Onun sözlərinə görə, təşkilat həmçinin müxtəlif formatda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə hər bir üzv ölkəsinin mövqeyinin qorunması üçün birgə fəaliyyət göstərir. 

"Bu GUAM məkanında mövcüd olan bütün münaqişələrə aiddir", - deyə, baş katib vurğulayıb.

Son xəbərlər

Orphus sistemi