Bu ilin 3 ayında 500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bu ilin 3 ayında 500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb Bu ilin yanvar-mart aylarında 493 Azərbaycan vətəndaşı Gürcüsana buraxılmayıb.
Xarici siyasət
22 Aprel , 2019 11:10
Bu ilin 3 ayında 500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
0 : 00
0 : 00

Bu ilin yanvar-mart aylarında 493 Azərbaycan vətəndaşı Gürcüsana buraxılmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Yanvar ayında qonşu ölkəyə 124, fevral ayında 141, mart ayında isə 228 Azərbaycan vətəndaşının daxil olmasına icazə verilməyib.

Azərbaycan Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların sayına görə üçüncü yeri tutub.

Hesabat dövründə Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların ümumi sayı 6400-ə yaxın olub. Onların arasında birinci yeri İran (3000 nəfərə yaxın), ikinci yeri isə Hindistan vətəndaşları (1 200 nəfərə yaxın) tutub.

Son xəbərlər

Orphus sistemi