Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq Xatirə kitabı martın 28-29-da açıq olacaq
Xarici siyasət
28 Mart , 2018 11:01
Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

Bakı. 28 mart. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyində Kemerovoda baş vermiş yanğında həlak olanları anmaq məqsədi ilə xatirə kitabı açılacaq.

Rusiya səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı martın 28-də saat 15.00-dan 18.00-dək, 29-da isə saat 10.00-dan 13:00-dək və 15:00-dan 18.00-dək açıq olacaq.

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub. Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

Rusiya Prezidenti Vladimir Putin Kemerovoda baş vermiş faciə ilə bağlı martın 28-də Rusiyada matəm elan edilməsinə dair sənəd imzalayıb.

Son xəbərlər

Orphus sistemi