London. 1 noyabr. REPORT.AZ/ "Mən dörd dəfə Azərbaycana səfər etmişəm və hər dəfə də bu ölkəyə qayıtdığım zaman misli görünməmiş inkişafın şahidi olmuşam".
“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, bunui Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmən deyib.
"Mən Azərbaycana səfərlərim zamanı Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ermənilər tərəfindən işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmuşam. Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində 1 milyon insanın öz vətənində qaçqın düşməsi Azərbaycan hökumətinin üzərinə böyük və olduqca çətin vəzifələr qoyub və mən deyə bilərəm ki, bu olmazın çətinliyin öhdəsindən o, böyük məharətlə gəlməyi bacarıb. Bir milyon qaçqını olan dövlətdə gedən bu surətli inkişafı mən ancaq alqışlaya bilərəm", - deyə britaniyalı deputat bildirib.