Britaniya kraliçası Azərbaycan Prezidentini təbrik edib

Britaniya kraliçası Azərbaycan Prezidentini təbrik edib "Qarşıdan gələn ildə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram"
Xarici siyasət
23 May , 2016 19:08
Britaniya kraliçası Azərbaycan Prezidentini təbrik edib

Bakı. 23 may. REPORT.AZ/ Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram və qarşıdan gələn ildə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".

Son xəbərlər

Orphus sistemi