Bricet Brink: "ABŞ da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş görmək istəyir"

Bricet Brink: "ABŞ da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş görmək istəyir" "Qarabağ münaqişəsinin həlli hamının marağındadır"
Xarici siyasət
24 Noyabr , 2015 17:46
Bricet Brink: ABŞ da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş görmək istəyir

Bakı. 24 noyabr. REPORT.AZ/ "ABŞ da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş görmək istəyir".

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brink deyib.

B.Brink ATƏT-in Minsk qrupunun səylərini yüksək qiymətləndirib, qrupun öz işində yüksək fəallıq nümayiş etdirdiyini bildirib. Eyni zamanda, ABŞ dövlət katibinin köməkçisinin müavini Minsk qrupunun danışıqlar prosesində vasitəçi olduğunu, münaqişənin həllinin birbaşa tərəflərdən asılı olduğunu söyləyib: "Minsk qrupu bu prosesi dəstəkləyir. Qarabağ münaqişəsinin həlli hamının - Azərbaycanın, Ermənistanın, region ölkələrinin, eləcə də ABŞ-ın marağındadır".

Son xəbərlər

Orphus sistemi