Yuxarı

Braziliyada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı təqdimat olub

Bu gün Braziliya Xarici Əlaqələr Nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı, səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib.

“Report” xəbər verir ki, təqdimat zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının diplomatik xidməti, daxili və xarici siyasəti haqqında ətraflı məlumat verib.

Bundan başqa, təqdimatda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regiondakı və dünyadakı rolu, ölkəmizin iqtisadi inkişafı işıqlandırılıb və tədbirin sonunda, səfir Elxan Poluxov tərəfindən institutda təhsil alan braziliyalı və xarici diplomatların suallarını cavablandırıb.

Tədbirdə, Braziliya Xarici Əlaqələr Nazirliyi nəzdində fəaliyyət göstərən Rio Branko İnstitutunun direktoru, səfir Gisela Podovanda iştirak edib.

Qeyd edilməlidir ki, səfirlik tərəfindən hazırlanmış, Azərbaycan haqqında müxtəlif mövzulardakı kitablar, jurnallar, bukletlər, eləcə də, müxtəlif hədiyyələr tədbir iştirakçılarına təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi