Böyük Britaniya xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir

Böyük Britaniya xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir Səfər Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub
Xarici siyasət
6 Mart , 2017 11:52
Böyük Britaniya xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir

Bakı. 6 mart. REPORT.AZ/ Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald Azərbaycanda səfərdədir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, S.Makdonaldın səfəri Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Səfər zamanı nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Azərbaycan XİN-də görüşlər keçirəcək.

Bundan əlavə, S.Makdonald Heydər Əliyev Mərkəzini ziyarət edəcək və "ADA" Universitetində tələbələr üçün mühazirə oxuyacaq. Mühazirə zamanı o, "Brexit" və Böyük Britaniya üçün bu addımın nəticələri barədə məlumat verəcək.

Son xəbərlər

Orphus sistemi