Yuxarı

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

​Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib11

Böyük Britaniya Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

"Report" Böyük Britaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, kraliça II Elizabet bu vəzifəyə diplomat Ceyms Şarpı təyin edib. Yeni səfir iyul ayı ərzində Azərbaycana gələcək.

Ceyms Şarp bu vəzifədə xanım Kerol Kroftssu əvəz edəcək.

Qeyd edək ki, Birləşmiş Krallığın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp 2017-2018-ci illərdə Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya direktorluğunda siyasi müşavir olub. Diplomat ailəlidir, iki övladı var. 2018-ci ildən XİN-də azərbaycan dili üzrə xüsusi kursa cəlb olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi