Boşnak diplomat: "Azərbaycanda qadın hüquqları sahəsində həyata keçirilən tədbirlər nümunəvidir"

Boşnak diplomat: "Azərbaycanda qadın hüquqları sahəsində həyata keçirilən tədbirlər nümunəvidir" Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər təqdirəlayiqdir.
Xarici siyasət
2 Oktyabr , 2019 19:35
Boşnak diplomat: Azərbaycanda qadın hüquqları sahəsində həyata keçirilən tədbirlər nümunəvidir
Report

"Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər təqdirəlayiqdir".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Avropa Şurasında daimi nümayəndəliyinin diplomatı, ölkənin BMT-də keçmiş səfiri Lutsiya Lyubiç Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş tədbirdə bildirib.

"Azərbaycan doğru yoldadır və lazımi istiqamətdə irəliləyir. Mən bunun dəfələrlə şahidi olmuşam. İnsan hüquqlarının əsas hissəsi olan qadın hüquqları sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər nümunəvidir", - deyə Lutsiya Lyubiç qeyd edib.

Son xəbərlər

Orphus sistemi