Boris Tadiç: "Azərbaycan və Serbiya arasında bir çox oxşarlıqlar var"

Boris Tadiç: "Azərbaycan və Serbiya arasında bir çox oxşarlıqlar var" "Serbiyada bir çox Azərbaycan tikinti şirkətləri fəaliyyət göstərir"
Xarici siyasət
10 Mart , 2016 15:57
Boris Tadiç: Azərbaycan və Serbiya arasında bir çox oxşarlıqlar var

Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycan və Serbiya arasında bir çox oxşarlıqlar var". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiyanın keçmiş prezidenti Boris Tadiç deyib.

Onun sözlərinə görə, hər iki ölkə strateji mövqeyə malikdir: "Digər oxşarlığımız isə oxşar problemlərimizin olmasıdır. Biz Kosova, Azərbaycan isə Qarabağ probleminə görə narahatdır".

Azərbaycanın əhəmiyyətindən danışan B.Tadiç ölkəmizin neft-qaz sferasında mühüm rol oynadığını bildirib: "Mən iqtisadi əlaqələrin gücləndirilməsi üçün çox çalışdım. İndi Serbiyada bir çox Azərbaycan tikinti şirkətləri fəaliyyət göstərir. Bundan əlavə, Serbiyanın Cənub Qaz Dəhlizinə qoşulmasını istərdim". 

Son xəbərlər

Orphus sistemi