Bolqarıstanın vitse-prezidenti Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Bolqarıstanın vitse-prezidenti Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək Azərbaycanın Bolqarıstandakı səfiri vitse-prezidentlə görüşdə dəvət məktubunu ona təqdim edib
Xarici siyasət
24 Fevral , 2017 03:21
Bolqarıstanın vitse-prezidenti Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Sofiya. 24 fevral. REPORT.AZ/ Bolqarıstanın vitse-prezidenti İliyana Yotova cari ilin 5-6 may tarixlərində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna rəsmi dəvət olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova vitse-prezident İ. Yotova ilə görüşdə dəvət məktubunu ona təqdim edib.

“Mən müxtəlif mədəniyyətlər, millətlər və dinlərdən olan insanların görüşünü və qlobal problemlərin həllində əməkdaşlığa imkan verən təşəbbüslərini alqışlayıram”, - deyə vitse-prezident İ.Yotova bildirib. O, əlavə edib ki, siyasi qərarların gücsüz olduğu yerdə mədəni dialoq razılıqların əldə olunması üçün bir vasitədir.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova isə öz növbəsində vurğulayıb ki, vitse-prezidentinin forumda iştirakı böyük əhəmiyyət daşıyır və iki ölkə arasında əməkdaşlığın müzakirəsi, eləcə də multikulturalizm və tolerantlıq kimi ümumi dəyərlərə dəstəyin gücləndirilməsi üçün bir fürsətdir.

Qeyd edək ki, görüşdə həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi