Bolqarıstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bolqarıstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bakı. 30 may. REPORT.AZ/ Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
30 May , 2018 15:37
Bolqarıstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına firavanlıq arzularımı qəbul edin.

2017-ci ilin oktyabr ayında ölkənizə səfərim zamanı qurulmuş dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm.

Mən əminəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sıx əlaqələr gələcəkdə də xalqlarımızın mənafeyi naminə dostluq və xoş niyyət ruhunda inkişaf edəcəkdir.

Sizə Azərbaycan Respublikasının tərəqqi və inkişafı yolunda ali dövləti fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin”.

Son xəbərlər

Orphus sistemi