Bolqarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bolqarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb Bakı. 13 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici siyasət
13 Noyabr , 2017 18:26
Bolqarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
mfa.gov.az

Bakı. 13 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişafından və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfir Maya Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib. O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır.

Səfir Maya Xristova diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov M.Xristovaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi