Yuxarı

Bolqarıstan Prezidenti və Baş naziri Azərbaycan Prezidentini təbrik edib - YENİLƏNİB

Bolqarıstan Prezidenti və Baş naziri Azərbaycan Prezidentini təbrik edib - YENİLƏNİB

Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizi əmin etmək istəyirəm ki, ölkələrimiz arasındakı səmərəli əlaqələr, fəal siyasi dialoq və xalqlarımızın dostluq münasibətləri gələcəkdə də inkişaf edəcək və dərinləşəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


*** 10:39

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi