Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək Səfər zamanı Azərbaycan qazının Bolqarıstana tədarükü məsələsi müzakirə olunacaq
Xarici siyasət
12 Oktyabr , 2017 11:25
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək
Bolqarıstan prezidenti Rumen Radev / AFP

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.

"Report" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.

R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadəMilli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi