BMT Yəmənə humanitar yardım məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib

BMT Yəmənə humanitar yardım məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib Yəmənə yardım üçün dəstək olanlar arasında Azərbaycan, Rusiya və ABŞ var
Xarici siyasət
26 May , 2017 12:47
BMT Yəmənə humanitar yardım məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib

Bakı. 26 may. REPORT.AZ/ BMT Yəmənə humanitar yardım göstərilməsi məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda BMT-nin mənzil-qərargahında gündəlik brifinq zamanı bildirib.

O, Yəmənə humanitar yardım göstərilməsi üzrə öhdəliklərini tam həyata keçirən ölkələrə təşəkkür edib.

Yəmənə yardım üçün dəstək olanlar arasında Azərbaycan, Rusiya və ABŞ var.

S.Düjarrik qeyd edib ki, ABŞ eyni zamanda Yəməndə aclıqla mübarizə üçün daha 77 milyon dollar ayıracağını bəyan edib.

BMT baş katibinin bünayəndəsi həmçinin ABŞ-ın büdcə layihəsində təşkilata ayırılan maliyyənin azaldılması barədə təklifi də şərh edib. Burada söhbət BMT-nin sülhməramlı fəaliyyətinin maliyyələşməsinin 90% azaldılmasından və BMT-nin ayrı-ayrı proqramlarının və təsisatlarının maliyyələşməsinin tam dayandırılmasından gedir. S.Düjarrik jurnalistin sualını cavablandırarkən hazırda BMT-də ABŞ-ın büdcə layihəsinin diqqətlə araşdırıldığını qeyd edib: "Hesab edirəm ki, büdcə indiki formada qəbul edilərsə, BMT, sadəcə, sülh, inkişaf, insan hüquqlarının müdafiəsi və dünya üzrə humanitar yardım göstərilməsi sahəsindəki əhəmiyyətli işlərini davam etdirə bilməyəcək. Amma layihə artıq təqdim olunub. O, indi qanunvericiliyə uyğun olaraq, müəyyən proseslərdən keçməlidir. Baxaq, görək necə olur".

Son xəbərlər

Orphus sistemi