BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu başlayıb

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu başlayıb Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər iştirak edib
Xarici siyasət
25 Aprel , 2016 09:44
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu başlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda “İnkluziv cəmiyyətlərdə birgəyaşayış və məqsəd” şüarı altında Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu işə başlayıb.

“Report”un xəbərinə görə, forumun açılışında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nasir Abdulaziz Al-Nasir, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edib.

Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər iştirak edib.

BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nasir AbdulazizAl-Nasir çıxışında Azərbaycana belə tədbirə ev sahibliyi etdiyinə görə, minnətdarlığını bildirib.

Onun sözlərinə görə, dünya müzakirə olunan mövzu ətrafında birləşməlidir: “Birlik olmadan məqsədlərə nail ola bilmərik. Gənclər gələcəyin katalizatorudur. Bu mübadilə proqramı da mədəniyyətləri öyrənməyə şərait yaradır. Bir məsələni də qeyd edim. Bu məsələlərdə təhlükəsizlik çox önəmlidir. Gənclərə dəstək təşəbbüsləri alqışlanmalıdır”.

Çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, Azərbaycan zəngin tarixə malikdir: “Bu cür insanları öz ölkəmizdə görməyə şadam. Azərbaycan zəngin tarixə malikdir. Bu ölkə həm də Şərqlə-Qərb arasında körpüdür. Azərbaycan tolerant ölkədir. Ölkəmiz zəngin ehtiyatlara malikdir".

Son xəbərlər

Orphus sistemi