Yuxarı

BMT rəsmisi: "Son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb"

BMT rəsmisi: "Son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb"

"Azərbaycana sığınan beynəlxalq qaçqınlar zəruri xidmətlərə, o cümlədən ibtidai və orta təhsilə, ilkin tibbi yardım xidmətlərinə çıxış imkanlarına malikdirlər".

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, BMT qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumətin ehtiyac duyduğu istənilən yardımı göstərməyə hazırdır.

Q.İsakzai vurğulayıb ki, son 20 ildə dünyada zorla didərgin salınan insanların sayı 2 dəfə artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi