BMT rəsmisi: "Dünyada yoxsulların sayı 3 milyarda yaxındır"

BMT rəsmisi: "Dünyada yoxsulların sayı 3 milyarda yaxındır" Son 30 ildə dünyada hərbi xərclər dəfələrlə artıb. Amma sosial sahəyə ayrılan xərclər isə azalıb.
Xarici siyasət
2 May , 2019 12:13
BMT rəsmisi: Dünyada yoxsulların sayı 3 milyarda yaxındır
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai / Report / Elchin Murad

"Son 30 ildə dünyada hərbi xərclər dəfələrlə artıb. Amma sosial sahəyə ayrılan xərclər isə azalıb".

"Report" xəbər verir ki, bu fikri BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq təşkilatların yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya üzrə yoxsulların sayı 3 milyarda yaxındır: "Onlar günü 2,5 dollara yaşayırlar. Biz bu problemi həll etmək üçün öhdəlik götürməliyik. Forum sülhpərvər cəmiyyətlərin formalaşması üçün əhəmiyyətlidir".

UNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif isə vurğulayıb ki, inklüziv olmayan cəmiyyətlər daha zəif olur: "Ona görə də insanların təfəkküründə ciddi dəyişikliklər yaratmaq vacib məsələdir. Missiyamız dəyişən dünyada inkişafı insanlara aşılamaqdır. BMT bundan sonra da diplomatiya və dialoqu daha gücləndirəcək. Təəssüf ki, bəzi proqramların uğursuz olmasını da eşidirik. Müqavimət və münaqişə şəraitində olan yerlərdə xüsusilə gənc qadınları yeni bacarıqlarla silahlandırmaq lazımdır. Gənclərin sosial dəstəyə ehtiyacı var. Bu səbəbdən mədəni müxtəlifliyin zəruri olduğunu insanlara erkən yaşlarda təlqin etməliyik". 

Son xəbərlər

Orphus sistemi