BMT nümayəndəsi: "Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib"

BMT nümayəndəsi: "Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib" O bildirib ki, dünyada gün ərzində 34 min insan öz yurd-yuvasından qaçqın düşür
Xarici siyasət
27 Fevral , 2018 10:27
BMT nümayəndəsi: Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib
BMT nümayəndəsi Furio de Angelis / Report/ Firi Salim

Bakı. 27 fevral. REPORT.AZ/ "Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib".

"Report"un xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, dünyada gün ərzində 34 min insan öz yurd-yuvasından qaçqın düşür. 

Furio de Angelis vurğulayıb ki, insanların yurd-yuvasını tərk etməsinə əsas səbəb müharibə və münaqişələrdir: "Elə yerlər var ki, 30 ildən çoxdur orada münaqişə davam edir. BMT bu məsələdə həssasdır və səmərəli sığınacaq məsələsinə önəm verir. BMT-nin Qaçqınlar üzrə Komissarlığı bununla bağlı layihələr həyata keçirir".

Onun sözlərinə görə, hakimlər bu məsələyə həssaslıqla yanaşmalıdırlar. 

Son xəbərlər

Orphus sistemi