BMT-nin xüsusi mükafatı Mehriban Əliyevaya təqdim olunub

BMT-nin xüsusi mükafatı Mehriban Əliyevaya təqdim olunub Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
Xarici siyasət
24 İyun , 2019 14:43
BMT-nin xüsusi mükafatı Mehriban Əliyevaya təqdim olunub

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMTDövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb. 

"Report"un xəbərinə görə, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.

Forum Heydər Əliyev Mərkəzində BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

Son xəbərlər

Orphus sistemi