BMT-nin hesabatı: Dövlət investisiya proqramları 2015-ci ildə Azərbaycanda iqtisadi artıma səbəb olub

BMT-nin hesabatı: Dövlət investisiya proqramları 2015-ci ildə Azərbaycanda iqtisadi artıma səbəb olub Ümumilikdə 2015-ci ildə MDB ölkələrində iqtisadi fəallıq qəfil zəifləyib
Xarici siyasət
21 Yanvar , 2016 10:01
BMT-nin hesabatı: Dövlət investisiya proqramları 2015-ci ildə Azərbaycanda iqtisadi artıma səbəb olub

Bakı. 21 yanvar. REPORT.AZ/2015-ci ildə MDB ölkələrində iqtisadi fəallıq qəfil zəifləyib. Bu vəziyyətin səbəbləri ticarət şərtlərinin pisləşməsi, xarici maliyyələşdirməyə qeyri-sabit çıxış və qeyri-müəyyənliyin yüksək səviyyədə olmasıdır. Rusiyada istehsalın azalması bütün MDB məkanına mənfi təsir edib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin yeni - "Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016-cı il" adlı hesabatında məlumat verilir.

Sənəddə qeyd olunur ki, MDB ölkələri və Gürcüstanda ÜDM-in ümumi həcmi təqribən 3% azalıb. Qarşıdakı illərdə artımın bərpa olunacağı gözlənilir, amma bu, cüzi olacaq. Belə ki, ÜDM-in 2016-cı ildə 0,7 faiz, 2017-ci ildə isə 1,8 faiz artacağı güman edilir.

Yeni hesabatın müəllifləri hesab edir ki, 2016-cı ildə Rusiya iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə o, cəmi 1,2% artıma nail olacaq.

Ukraynanın şərqindəki qarşıdurma bu ölkədə ixracın kəskin azalmasına səbəb olub. 2016-cı ildə adıçəkilən ölkədə heç bir artım olmayacaq, durğunluq gözlənilir, 2017-ci ildə isə bu göstərici 2,1% təşkil edəcək.

Ekspertlərin fikrincə, Qafqaz və Mərkəzi Asiya regionunda nisbətən əlverişli vəziyyət var. Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları 2015-ci ildə iqtisadi artıma səbəb olub.

Son xəbərlər

Orphus sistemi