Bakı. 22 yanvar. REPORT.AZ/ BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib.
BMT-nin Azərbaycandakı ofisindən “Report”a verilən məlumata görə, bu vəzifəyə türkiyəli Ercan Murat gətirilib.
O bu vəzifədə 2015-ci ilin dekabr ayında diplomatik missiyanı tamamlamış hollandiyalı Antonius Bruku müvəqqəti əvəz edəcək.
E.Murat BMT-də 1964-cü ildən çalışır və BMT sistemində müxtəlif ölkələrdə fərqli vəzifələrdə çalışıb.