Yuxarı

BMT baş katibinin humanitar məsələlər üzrə yeni elçisi Azərbaycana səfər edəcək

BMT baş katibinin humanitar məsələlər üzrə yeni elçisi Azərbaycana səfər edəcək
Səfər bu ilin ikinci yarısında baş tutacaq

Bakı. 2 fevral. REPORT.AZ/ BMT baş katibinin humanitar məsələlər üzrə yeni elçisi Əhməd əl-Merayhi Azərbaycana səfər edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, səfər bu ilin ikinci yarısında baş tutacaq.

Həmçinin, ilin ikinci yarısında onun Bruney, Çin, Hindistan, Braziliya və s. ölkələrə səfəri planlaşdırılır.

Qeyd edək ki, Ə.Əl-Merayhi BMT baş katibinin humanitar məsələlər üzrə elçisi vəzifəsinə keçən il dekabrın 8-də təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi