BMT baş katibi Yeni il münasibətilə müraciət ünvanlayıb - VİDEO

BMT baş katibi Yeni il münasibətilə müraciət ünvanlayıb - VİDEO BMT baş katibi Antonio Quterreş Yeni İl münasibətilə videomüraciət ünvanlayıb.
Xarici siyasət
30 Dekabr , 2019 12:10
BMT baş katibi Yeni il münasibətilə müraciət ünvanlayıb - VİDEO

BMT baş katibi Antonio Quterreş Yeni İl münasibətilə videomüraciət ünvanlayıb.

“Report”un məlumatına görə, müraciətdə deyilir:

“Yeni ili qarşılamaq üçün Birləşmiş Millətlər Təşkilatından sizə qoşuluram. 2020-ci ilə hər yerdə qeyri-müəyyənliyin hökm sürdüyü və təhlükəsizliyin olmadığı, bərabərsizliyin davam etdiyi və nifrətin artdığı, müharibələrin olduğu və planetin istiləşdiyi bir şəraitdə qədəm qoyuruq.

İqlim dəyişikliyi təkcə uzunmüddətli problem deyil, həm də aydın və real təhlükədir. Biz planetin yanmasına biganə qalan bir nəsil ola bilmərik. Lakin ümidimiz hələ tükənməyib.

Mənim builki Yeni il müraciətim məhz elə bu ümidin əsas mənbəyinə - dünya gənclərinədir. İqlim fəaliyyətindən gender bərabərliyinə, sosial ədalətə və insan haqlarına qədər, sizin nəsil ön cəbhədə və xəbər başlıqlarında yer alır.

Mən sizin həvəs və qətiyyətinizdən ilhamlanıram. Gələcəyin formalaşmasında iştirakınızı haqlı olaraq tələb edirsiniz. Mən sizinləyəm. Birləşmiş Millətlər Təşkilatı sizi dəstəkləyir və sizə məxsusdur.

2020-ci ildə BMT-nin 75-ci ildönümü qeyd olunacaq. Biz, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ədalətli qloballaşma planımız olan Onillik Fəaliyyətə başlayırıq. Bu il dünya gənclərinin öz sözünü deməsinə ehtiyacı var. Böyük düşünməkdə davam edin. Sərhədləri aşmağa davam edin və təzyiqinizi davam etdirin.

2020-ci ildə sizə sülh və xoşbəxtlik arzulayıram.

Təşəkkür edirəm!”

Son xəbərlər

Orphus sistemi