Yuxarı
    Bağlamaq

    BMT Baş katibi: "Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa imkan verir"

    © REUTERS/Jack Hill

    Bakı. 15 mart. REPORT.AZ/ "Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə imkan verir."

    "Report"un verdiyi xəbərə görə, bu barədə BMT Baş katibi Antoniu Quttereşın Bakıda keçirilən VI Qlobal Bakı Forumunun iştirakşılarına ünvanladığı müraciətdə deyilir.

    Qeyd edək ki, müraciət forum iştirakçılarının nəzərinə BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Qulam İsakzai tərəfindən çatdırılıb.

    "Qlobal çağırışlar zamanında Nizami Gəncəvi Beynəlxalq Mərkəzini bu cür forumun təşkilinə görə təbrik edirəm. Forum cəmiyyətlər arasında körpü yaratmağa kömək edir, tolerantlığa və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə imkan yaradır", - BMT Baş katibinin müraciətində deyilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi