Bişkekdə terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə məsələləri müzakirə ediləcək

Bişkekdə terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə məsələləri müzakirə ediləcək Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti də tədbirdə iştirak edəcək
Xarici siyasət
6 Dekabr , 2016 11:00
Bişkekdə terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə məsələləri müzakirə ediləcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Qırğızıstanda MDB-yə üzv ölkələrin terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə üzrə ixtisaslaşmış təhlükəsizlik və xüsusi xidmət orqanları bölmələrinin nümayəndələrinin VI Regional ekspert məsləhətləşmələri keçiriləcək.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, görüş dekabrın 7-də Bişkekdə keçiriləcək.

Gündəliyə MDB ölkələrində terrorizm və zorakı ekstremizmə qarşı mübarizə üzrə praktik məsələlər kompleksi, İŞİD, "Cebhat ən-Nüsrə", "Taliban hərəkatı", "Türküstan İslam partiyası - Özbəkistan İslam hərəkatı" və s. beynəlxalq terror təşkilatlarının fəaliyyətindən qaynaqlanan ümumi təhdidlərin artması şəraitində onun aradan qaldırılması kimi məsələlər salınıb.

Gənclərin dini radikallaşmasına və onların terror və ekstremist fəaliyyətlərə cəlb edilməsinə qarşı yönəldilmiş profilaktik işlərinin aparılması üzrə təcrübə mübadiləsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti də tədbirdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi