Binyamin Netanyahu: "Azərbaycan və İsrail arasında əla münasibətlər var"

Binyamin Netanyahu: "Azərbaycan və İsrail arasında əla münasibətlər var" "Azərbaycan və İsrail, eləcə də bu iki ölkənin xalqları bir-birinə ənənəvi dostluq əlaqələri ilə bağlıdır"
Xarici siyasət
13 Dekabr , 2016 17:28
Binyamin Netanyahu: Azərbaycan və İsrail arasında əla münasibətlər var

Bakı. 13 dekabr. REPORT.AZ/ "Azərbaycan və İsrail arasında əla münasibətlər var".

"Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bunu Bakıda rəsmi işgüzar səfəri zamanı İsrail Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

İsrail baş naziri həmçinin ikinci dəfə Azərbaycana səfər etməsindən məmnuniyyət duyduğunu dilə gətirib.

O, Azərbaycan və İsrailin, eləcə də bu iki ölkənin xalqlarının bir-birinə ənənəvi dostluq əlaqələri ilə bağlı olduğunu bildirib. B.Netanyahu Azərbaycanda tolerantlıq ənənələrini vurğulayıb. O, eyni zamanda, Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycandan olan təqribən 70 min nəfərin yaşadığını sözlərinə əlavə edib və bunu ölkələri bir-birinə bağlayan körpü kimi qələmə verib.

Son xəbərlər

Orphus sistemi