Binəli Yıldırım: "FETÖ-yə qarşı mübarizəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik"

Binəli Yıldırım: "FETÖ-yə qarşı mübarizəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik" Türkiyənin baş naziri: "FETÖ-yə qarşı ilk ən sərt reaksiya verən dost və qardaş Azərbaycan oldu"
Xarici siyasət
20 Sentyabr , 2016 20:26
Binəli Yıldırım: FETÖ-yə qarşı mübarizəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik

İstanbul. 20 sentyabr. REPORT.AZ/ "Fətullahçı terror təşkilatına (FETÖ) qarşı ilk ən sərt reaksiya verən dost və qardaş Azərbaycan oldu. Bu ölkə indi təşkilatın bütün  əlaqələrini bir-bir ortaya çıxarır, məktəblərini bağlayır". 

Bu fikirləri "Report"un Türkiyə bürosunun müxbirinə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

"Bizim bu sahədə Azərbaycan ilə çox gözəl iş birliyimiz var. Buna görə türk milləti adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir", - deyə baş nazir vurğulayıb. 

Vüsalə Abbasova, "Report"

Son xəbərlər

Orphus sistemi