​Azərbaycan səfirliyi CAR-da keçirilən beynəlxalq yarmarkada iştirak edib

​Azərbaycan səfirliyi CAR-da keçirilən beynəlxalq yarmarkada iştirak edib Yarmarkanın təşkilində məqsəd Cənubi Afrika gənclərinə və müəllimlərə ölkələr haqda məlumat vermək olub
Xarici siyasət
21 Aprel , 2015 19:05
​Azərbaycan səfirliyi CAR-da keçirilən beynəlxalq yarmarkada iştirak edib

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi bu ölkənin Fri Steyt əyalətində fəaliyyət göstərən Fri Steyt Universitetində keçirilən “Xaricdə təhsil” adlı beynəlxalq yarmarkada iştirak edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, yarmarkanın təşkil edilməsində məqsəd Cənubi Afrika gənclərinə və müəllimlərə xarici təhsil ocaqları və ölkələr haqda məlumat vermək, həmçinin müxtəlif universitetlərdə təhsil almaq imkanı yaratmaqdır.

Yarmarkada Azərbaycan səfirliyi üçün ayrılmış xüsusi guşədə tələbələrə diplomatik nümayəndəliyin əməkdaşları tərəfindən ADA Universiteti və ölkəmizin digər dövlət və özəl universitetləri, CAR-da fəaliyyət göstərən “Azərbaycan Dostları” qeyri-hökumət təşkilatı və Azərbaycan barədə məlumatların yer aldığı broşürlər paylanılıb. Bundan başqa, yarmarkada ölkəmizin tarixini və adət-ənənələrini əks etdirən müxtəlif suvenirlər, kitablar və videoçarxlar nümayiş etdirilib.

Yarmarkada CAR-da fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar və 15-dan artıq ölkənin səfirlikləri də iştirak ediblər.

Cənubi Afrika və digər qonşu ölkələrdən minlərlə tələbə və müəllim Azərbaycan səfirliyinin guşəsini ziyarət edib, Azərbaycan universitetləri və ümumiyyətlə ölkəmiz haqda məlumat əldə ediblər.

Tədbir yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılıb.

Son xəbərlər

Orphus sistemi