Yuxarı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Çin beyin mərkəzi arasında anlaşma memorandumu imzalanıb

​Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Çin beyin mərkəzi arası

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev nümayəndə heyəti ilə birlikdə Sian şəhərində “Bir Kəmər Bir Yol” Mədəniyyət Akademiyasının vitse-prezidenti və tədqiqatçıları ilə görüşüb.

"Report"un məlumatına görə, görüş zamanı mərkəz sədri müstəqillik əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlər və əldə etdiyi nailiyyətlər barədə təqdimatla çıxış edib, Çin-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb.

Təqdimat ətrafında aparılan müzakirələrdən sonra iki beyin mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi